Neft ucuzlaşır: Brent barel başına $77,59 satılır

09:38 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri enməkdə davam edir.

Saat 09:20-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin avqust fyuçersinin qiyməti $0,31 (0,41%) azalaraq bareli $77,59-a düşüb. İyunun 22-də keçirilən ticarətin yekununda müqavilə $2,67 (3,31%) ucuzlaşaraq bareli $77,90 təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin avqust fyuçersi saat 09:20-yə qədər $0,14 (0,19%) ucuzlaşaraq bareli $73,72 olub. İyunun 22-də baş tutan ticarət sessiyasının nəticələrinə görə, "WTI" fyuçersinin qiyməti $2,70 (3,53%) azalaraq bareli $73,86-ya enmişdi.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti 2,52 dollar (3,04%) azalaraq bir barel üçün 80,43 dollar təşkil edib.