“Asel Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

10:50 - 22.06.2026


22 iyun, Fineko/abc.az. “Asel Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC ötən il üzrə maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının əməliyyat gəlirlərinin həcmi 8 milyon 786 min manat olub.

Bu, 2024-cü illə müqayisədə 3 milyon 914 min manat və ya 80,3% artım deməkdir. Müştərilərə verilmiş kreditlər üzrə gəlirlər 4 milyon manat (1 milyon 233 min manat / 44,6% çox), müştərilərə verilmiş kreditlərdən daxil olan komissiya haqqları üzrə gəlirlər 4 milyon 786 min manat (2 milyon 681 min manat / 2,3 dəfə çox) olub.

Ötən il şirkətin faiz xərclərinin həcmi 1 milyon 671 min manat, qeyri-faiz xərclərinin həcmi 9 milyon 194 min manat təşkil edib.

Hesabat dövrünün sonunda şirkətin aktivlərinin həcmi 19 milyon 209 min manat olub. Bu əvvəlki illə müqayisədə 8,2 milyon manat və ya 74,5% artım deməkdir.