12:33 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda 193 ədəd avtobus istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,3 dəfə çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, yanvar-may aylarında Azərbaycanda 1 677 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə 375 ədəd və ya 18,3 % azdır. Nəticədə bu ilin iyunun 1-nə 261 ədəd hazır məhsul ehtiyatı yaranıb.
16 İyun 2026