14:28 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 54,79 milyon ABŞ dolları dəyərində 152,6 min ton metanol (metil spirti) ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə ixrac olunan metanolun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4%, həcmi isə 37,9% azalıb.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədən 245,9 min ton metanol ixrac edilmişdi və həmin ixracın dəyəri 59,79 milyon dollar təşkil etmişdi.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026