12:24 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan 12 milyon 722 min 590,97 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin statistikasına istinadən bildirilir ki, ixrac olunan xam neftin dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 12,08% azalsa da, dəyəri 4,86% artıb.
Hesabat dövründə xam neft və neft məhsullarının ölkənin ümumi ixracındakı payı 41,54% olub.
Məlumat üçün bildirək ki, yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar təşkil edib. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 27% artıb, idxal isə 27,4% azalıb.
17 Avqust 2026
15 Avqust 2026