15:00 - 17.08.2026
17 avqust, Fineko/abc.az. ABŞ-də açıqlanan istehlakçı inamı və pərakəndə satış göstəriciləri iqtisadiyyatda soyumaya işarə edir. Bu durum Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı ehtimalları zəiflədib.
Mişiqan Universitetinin avqust ayı üzrə istehlakçı inamı indeksi 51 bəndə geriləyib, iyul ayında pərakəndə satışlar isə son bir ildən çox müddətin ən böyük enişini qeydə alıb. "BMO Capital Markets" analitiki İan Lingen bildirib ki, zəif göstəricilər FED-in gələn ay faiz artımına fasilə verməsi ehtimalını gücləndirir.
Zəif statistikadan sonra "Bloomberg" dollar indeksi may ayından bəri ən aşağı səviyyəyə ensə də, həftəni demək olar ki, dəyişməz başa vurub. "S&P 500" indeksi 0,2% dəyər itirsə də, üst-üstə üçüncü həftəlik artımını qoruyub.
Eyni zamanda, ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etmə ehtimalı və Yaxın Şərqdə artan gərginlik fonunda neft qiymətləri yüksəlib. ABŞ dollarının təzyiq altında qalması nəticəsində qızılın bir unsiyası 4.400 dollar səviyyəsində ticarət olunaraq yüksəliş dinamikasını sürdürür.