11:51 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Yaponiya iqtisadiyyatı ilin ikinci rübündə illik müqayisədə 1,1% böyüyüb. Bu göstərici analitiklərin 2%-lik proqnozunun altında qalıb. İxracın yüksək olması daxili tələbatdakı zəifliyi tam kompensasiya edə bilməyib.
Xatırladaq ki, birinci rübdə iqtisadi artım 2,1% təşkil etmişdi. İkinci rüb İran ətrafında hərbi əməliyyatların enerji qiymətlərinə və bizneslə ev təsərrüfatlarına təsirinin hiss olunduğu ilk tam rüb olub.
Məlumatların açıqlanmasından sonra "Nikkei 225" indeksi 0,43% artıb. Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2,88% səviyyəsində qalıb, yen isə ABŞ dolları qarşısında cüzi möhkəmlənərək 159,1 səviyyəsində ticarət olunub.
İqtisadi artımın əsas hərəkətverici qüvvəsi ixrac olub. İxracın artması böyük ölçüdə zəif yen məzənnəsi ilə bağlıdır. Rüb üzrə ÜMM (Ümumi Milli Məhsul) 0,3% artıb (gözlənti 0,5% idi). İxrac artıma 0,5 faiz bəndi müsbət töhfə versə də, zəif daxili tələbat onu 0,2 faiz bəndi aşağı çəkib. Daxili tələbatın azalmasında hökumətin strateji neft ehtiyatlarından istifadə etməsi səbəbindən dövlət ehtiyatlarının kiçilməsi rol oynayıb. Eyni zamanda istehlak və şirkətlərin investisiyaları da azalıb.
İllik müqayisədə isə Yaponiya iqtisadiyyatı 0,7% böyüyüb (birinci rübdə bu göstərici 0,5% idi).
18 Avqust 2026