11:29 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan neft koksunun ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 34,3% artaraq 151,1 min tona çatıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə ixrac edilən neft koksunun dəyəri illik müqayisədə 71,6% artaraq 59 milyon 920,7 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkədən 34 milyon 911,8 min dollar dəyərində 112,5 min ton neft koksu ixrac olunmuşdu.
17 Avqust 2026
15 Avqust 2026