15:03 - 3.12.2018
3 dekabr, Fineko/abc.az. Doha Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC) çıxmasını açıqladı.
Qətərin Enerji işləri üzrə naziri Saad Bin Şrida Əl-Kaabi bildirib ki, Qətər 2019-ci il 1 yanvar tarixindən etibarən OPEC-dən çıxmasına qərar verib.
“Ölkə qaz hasilatı və mayeləşdirilmiş təbii qazın istehsalına diqqət yetirmək istəyir”, - deyə nazir əlavə edib.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neft hasil edən ölkələr tərəfindən hasilat kvotalarına nəzarət etmək üçün yaradılmış beynəlxalq hökumətlərarası birlikdir. OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İran, İraq, Konqo, Küveyt, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı, Ekvatorial Qvineya və Ekvador daxildir. Təşkilat üzvləri dünya neft ehtiyatlarının təxminən üçdə ikisini nəzarət edirlər, onların payına bütün dünya hasilatının 45%-i və ixracın yarısı düşür.
13 Avqust 2026
13 Avqust 2026