12:15 - 23.12.2025
23 dekabr, Fineko/abc.az. Özbəkistan 2025-ci ilin 11 ayında xaricə ümumilikdə 9,9 milyard dollar dəyərində qızıl göndərib.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici illik müqayisədə 49,4% artıb.
Dekabr ayının əvvəlinə respublikanın ticarət dövriyyəsi 72,8 milyard dolları keçib və illik artım 21,8% olub. Bu dövrdə Özbəkistanın əsas ticarət tərəfdaşları Çin, Rusiya və Qazaxıstan olub; onların payı xarici ticarətin ümumi həcminin 42,3%-ni təşkil edib.
22 dekabrda qızılın qiyməti ilk dəfə olaraq 4,4 min dollar/unsiya səviyyəsini keçib. Qeyd edilir ki, artım geosiyasi və ticarət gərginliyi ilə bağlıdır. Qiymətli metalın qiymətlərinə əlavə dəstək dolların zəifləməsi ilə təmin edilib.
12 Avqust 2026