15:20 - 15.12.2025
15 dekabr, Fineko/abc.az. “Volkswagen” Drezdendəki zavodunda avtomobil istehsalını dayandırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu, şirkətin 88 illik tarixində ilk belə hal olacaq - indiyədək avtomobil istehsalçısı Almaniya ərazisində heç bir müəssisəsini bağlamayıb. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, istehsal xəttinin dayandırılması qərarı Avropanın ən iri avtomobil istehsalçısının maliyyə göstəricilərinin pisləşməsi fonunda qəbul edilib. Nəşrin məlumatına görə, vəziyyətə Çin bazarında zəif satışlar, Avropada tələbin azalması, eləcə də ABŞ-dэ avtomobil satışlarına mənfi təsir göstərən Amerika tarifləri təsir edib.
“Volkswagen” həmçinin qarşıdakı beş il üçün nəzərdə tutulmuş təxminən 160 milyard avro həcmində investisiya büdcəsinin bölüşdürülməsi ilə bağlı çətinliklərlə üzləşib. Şirkət benzin mühərrikli avtomobillərin istismar müddətinin uzadılacağı ehtimalını da nəzərə alır. Bununla yanaşı, son illərdə hər il yenidən nəzərdən keçirilən investisiyaların həcmi azaldılıb. Müqayisə üçün, 2023–2027-ci illər dövrü üçün bu göstərici 180 milyard avro təşkil edirdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026