15:59 - 5.08.2026
5 avqust, Fineko/abc.az. "Ford" avtomobil konserni 2027-ci ildən etibarən yeni platformada istehsal olunacaq elektromobillərinə daxili "Apple Maps" naviqasiya sistemini quraşdırmağa başlayacaq.
Şəxsi "Apple" naviqasiyasına sahib olacaq ilk model təxminən 30 min dollar dəyərində olan elektrik pikapı olacaq.
Sistem batareyanın doldurulma səviyyəsini nəzərə alaraq marşrut planlaşdıra, şarj stansiyalarını tapa və akkumulyatoru əvvəlcədən sürətli doldurulma rejiminə hazırlaya biləcək. Naviqasiyadan istifadə etmək üçün "iPhone"u "CarPlay" vasitəsilə avtomobilə qoşmağa ehtiyac qalmayacaq.
8 Avqust 2026
8 Avqust 2026