Metroda xətlərin ayrılması ilə əlaqədar fəaliyyət göstərəcək ekspres marşrutların hərəkət istiqamətləri açıqlanıb

15:53 - 4.08.2026


4 avqust, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə əlaqədar işə düşəcək 6 yeni ekspres avtobus marşrutunun hərəkət istiqamətləri bəlli olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Səhər saat 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək ekspres xətlər üzrə hərəkət marşrutları aşağıdakı kimi müəyyən edilib:

  • M1: “Elmlər Akademiyası” m/s – “28 May” m/s

  • M2: “İnşaatçılar” m/s – “Nizami” m/s – “28 May” m/s

  • M3: “20 Yanvar” m/s – “Nizami” m/s – “28 May” m/s

  • M4: “20 Yanvar” m/s – “Koroğlu” m/s

  • M5: “20 Yanvar” m/s – “Gənclik” m/s

  • M6: “Elmlər Akademiyası” m/s – “Gənclik” m/s

Paralel olaraq, 20 müntəzəm avtobus xəttində (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202) nəqliyyat vasitələrinin sayı artırılacaq. Sərnişinlər alternativ marşrutlar barədə məlumatları “AYNA MaaS” tətbiqi vasitəsilə izləyə biləcəklər.