"Apollo Global" "easyJet" aviaşirkətini 7,7 milyard dollara satın alır

07:00 - 7.08.2026


7 avqust, Fineko/abc.az. ABŞ-ın özəl sərmayə şirkəti "Apollo Global Management" Avropanın aşağı büdcəli "easyJet" aviaşirkətini 5,7 milyard sterlinq (təxminən 7,7 milyard dollar) məbləğində satın almaq üçün razılıq əldə edib.

Sövdələşmə digər rəqib iddiaçı — "Castlelake" şirkətinin öz təklifini geri çəkməsindən sonra rəsmiləşdirilib.

Səhmlərin hər birinə 7,15 sterlinq nağd vəsait təklif edən "Apollo"nun bu addımı "easyJet"in İdarə Heyəti və aviaşirkətin təsisçisi Stelio Hacı-İoannou tərəfindən tam dəstəklənib. Müqavilənin 2027-ci ilin birinci rübündə yekunlaşması gözlənilir.

"Apollo"nun rəhbərliyi Avropanın mühüm aviasiya brendlərindən biri olan "easyJet"in inkişafı və parkının genişləndirilməsi istiqamətində uzunmüddətli investisiyaları davam etdirəcəyini bildirib.