"Honda"nın rüblük xalis mənfəəti iki dəfədən çox artaraq 2,86 milyard dollara çatıb

11:54 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Yaponiyanın avtomobil nəhəngi "Honda Motor" 2026-cı maliyyə ilinin birinci rübünə (aprel-iyun 2026) dair maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 450,9 milyard yenə (təxminən 2,86 milyard ABŞ dolları / 4,86 milyard manat) yüksəlib.

Hesabat dövründə şirkətin satış gəlirləri 13,5% artaraq 6 trilyon yenə (təxminən 38 milyard dollar), əməliyyat mənfəəti isə 530,7 milyard yenə (təxminən 3,3 milyard dollar) çatıb. Mənfəətin kəskin yüksəlməsinə Şimali Amerika bazarında satışların artması, Yapon yeninin ucuzlaşması və neft qiymətlərinin yüksəlməsi fonunda hibrid avtomobillərə olan güclü tələbat təsir edib.

Uğurlu nəticələri nəzərə alan "Honda" 2027-ci ilin martında başa çatacaq maliyyə ili üzrə illik xalis mənfəət proqnozunu əvvəlki 260 milyard yendən 400 milyard yenə qaldırıb.