11:56 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Türkiyə Hava Yolları (THY) 2026-cı ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb.
Şirkət hesabat dövründə 8,9 milyard türk lirəsi (TL) (təxminən 187,1 milyon dollar) xalis mənfəət əldə edərək 13,1 milyard TL-lik (təxminən 275,3 milyon dollar) bazar gözləntilərinin altında qalıb.
Yüksək yanacaq qiymətlərinin və aviasiya sektorundakı çətinliklərin təsiri ilə THY-nin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 67% azalıb. Şirkətin rüblük gəlirləri isə 41% artaraq 327,1 milyard TL-yə (təxminən 6,88 milyard dollar) çatıb ki, bu da 323,2 milyard TL-lik (təxminən 6,79 milyard dollar) proqnozu üstələyib.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026