"Boeing" 737 MAX 7 modeli üçün çoxdandır gözlənilən lisenziyanı alıb

22:17 - 3.08.2026


3 avqust, Fineko/abc.az. ABŞ-nin aviasiya nəhəngi "Boeing" şirkəti 737 MAX ailəsinin ən kiçik üzvü olan "737 MAX 7" modeli üçün ABŞ Federal Aviasiya İdarəsindən (FAA) rəsmi təyyarə sertifikatını əldə edib.

Bu qərar modelin kommersiya satışına və təhvil verilməsi prosesinə başlanılmasına yaşıl işıq yandırır.

Yolcu təyyarəsinin sertifikatlaşdırılması illərlə gecikmişdi. Şirkət ilkin olaraq icazənin 2022-ci ilin sonuna qədər alınacağını gözləyirdi. Ötən ay "Boeing" mühərrikin buza qarşı mühafizə sistemində edilən düzəlişlər üzrə son mərhələni tamamladığını açıqlamışdı. FAA rəhbərliyi daha böyük olan "MAX 10" modelinin sertifikatlaşdırılmasının da "MAX 7"nin ardınca tezliklə tamamlanacağını gözləyir.

"Cirium" aviasiya analitika şirkətinin məlumatına görə, "Boeing"in anbarlarında təhvil verilmək üçün gözləyən təxminən 30 ədəd "MAX 7" və 9 ədəd "MAX 10" təyyarəsi var. "MAX 10" modeli şirkətin ümumi 737 MAX sifarişlərinin ən azı 28%-ni təşkil edir.