Doqquz ayda Azərbaycanın maliyyə aktivləri 4.5 milyard dollar artıb

12:24 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Bu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1.0 milyard dollar), portfel investisiyaları (1.3 milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar) hesabına formalaşıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 milyon dollar artıb.

"Bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-305.2 milyon dollar), neft bonusu (450.2 milyon dollar), portfel investisiyaları (-33.7 milyon dollar) və digər investisiyalar (304.6 milyon dollar) hesabına formalaşıb", - deyə, qeyd edilib.