10:37 - 25.11.2025
Bank Respublika kart sahibləri Trendyol və Aliexpress kimi saytlarda 5% keşbek qazanacaq!
Bakı, 25 noyabr, 2025. Həftəsonu “Black Friday” endirimlərini səbirsizliklə gözləyirsiniz? Məşhur onlayn ticarət platformalarından özünüzə və doğmalarınıza hədiyyə almağı planlayırsınız? Bəs hədiyyə alarkən yüksək keşbek qazanmaq istəyirsiniz?
O zaman Bank Respublika-nın “Neo Friday” kampaniyasından mütləq faydalanın!
Belə ki, kampaniya çərçivəsində 27, 28 və 29 noyabr tarixlərində onlayn ticarət platformalarında — (Trendyol Azərbaycan, Aliexpress, Wildberries, Ozon, Joom) Bank Respublika-nın NeoKart kartı ilə ödənişlərini edən müştərilər 5% KEŞBEK qazanacaq.
Kampaniyanın özəllikləri:
NeoKart sahibi deyilsinizsə, kartı elə indi bankın rəsmi internet səhifəsində onlayn sifariş edin, pulsuz evinizə çatdırılsın!
Bu fürsəti əldən verməyin, Black Friday alış-verişlərinizi NeoKart ilə edin daha çox qazanın!
12 Avqust 2026