15:17 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. "NASA, 3I/ATLAS kometasını izləmək üçün aparatlarını və teleskoplarını istiqamətləndirərək Günəş sisteminin müşahidə edilməsi üzrə misilsiz kampaniya keçirir".
ABC.AZ xəbər verir ki, bu barədə qurumun saytında bildirilir. Qeyd edilib ki, artıq 12 aparat kometanın aşkar edildiyi andan şəkillərini hazırlayıb və emal edib. Daha bir neçə aparat, 3I/ATLAS Günəş sistemindən keçərkən işə düşəcək. Bu qədər nöqtədən ulduzlararası bir cismi müşahidə etmək, 3I/ATLAS kometasını Günəş sistemində formalaşan kometalarla müqayisə etməyə və digər planet sistemlərinin tərkibinin bizimkindən necə fərqlənə biləcəyi barədə nəticə çıxarmağa imkan verir.
3I/ATLAS, astronomların bütün müşahidə müddətində kəşf etdiyi üçüncü ulduzlararası göy cismidir. Bunlardan birincisi, 2017-ci ilin payızında kəşf edilən Oumuamua asteroidi, ikincisi isə, 2019-cu ilin avqustunda Rusiysa astronomu Gennadi Borisov tərəfindən kəşf edilən 2I/Borisov kometasıdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026