21:31 - 7.08.2026
7 avqust, Fineko/abc.az. "Volkswagen AG"nin nəzarət səhmlərinin sahibi olan "Porsche SE" (Porsche-Piëch ailəsi) Avropanın en böyük avtomobil istehsalçısını rəqabət qabiliyyətinin düşməsi ilə mübarizə aparmaq üçün xərclərin və artıq istehsal güclərinin azaldılması istiqamətində sürətli addımlar atmağa çağırıb.
"Porsche SE" İdarə Heyətinin sədri Hans Diter Pyoç "Volkswagen"in tarixi yol ayrıcında olduğunu bildirərək, işçi ixtisarları daxil olmaqla bütün kəsintiləri dəstəklədiklərini bəyan edib.
Şirkət Avropada illik istehsal gücünü 500 min avtomobil azaltmağı və ümumi xərcləri ən azı 11,6 milyon dollar ixtisar etməyi planlaşdırır. "Volkswagen" və "Porsche" Çində satışların zəifləməsi və Avropa bazarında BYD kimi Çin brendlərinin artan rəqabəti səbəbindən mənfəət itkisi ilə üzləşib. Avtomobil sektorundan asılılığı azaltmaq istəyən "Porsche SE" isə artıq müdafiə sənayesi və dron istehsalçılarına (Isar Aerospace, Quantum Systems) yatırımlar etməyə başlayıb.
8 Avqust 2026
8 Avqust 2026