Azərbaycanda vergi borcları 4 milyard manatı ötüb

17:11 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50,4 milyon manat təşkil edib.

Maliyyə Nazirliyinin yarım illik hesabatına əsasən, bu göstərici ilin əvvəli (yanvarın 1-i) ilə müqayisədə 741,6 milyon manat və ya 22,4% çoxdur. Son 1 il ərzində isə ölkədə vergi borclarının həcmində 556,7 milyon manatlıq və ya 15,9%-lik artım qeydə alınıb.