17:44 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Çin Dövlət Valyuta Mübadiləsi İdarəsinin (SAFE) məlumatına görə, ölkənin qızıl ehtiyatları iyul ayının sonunda əvvəlki ayla müqayisədə 640 min ons artaraq 76 milyon 80 min onsa çatıb.
Beləliklə, Çinin iyul ayındakı qızıl alışı təxminən 19,91 ton təşkil edərək 2023-cü ilin oktyabrından bu yana ən yüksək aylıq göstərici kimi qeydə alınıb.
Qeyd edək ki, Çin Mərkəzi Bankı iyun ayında da ehtiyatlarına 480 min ons (təxminən 15 ton) qızıl əlavə etmişdi. İyuldakı artımla ölkənin rəsmi qızıl ehtiyatları təxminən 2 min 366 tona yüksəlib. Bununla da bank ardıcıl 21-ci ayda qızıl alışını davam etdirib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026