16:43 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi məqsədilə Fiskal Risk Reytinqi, maliyyə əmsallarının hədd bazası və riyazi-metodoloji Təlimatlar (Pasportlar) hazırlanıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, həmçinin 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmaları və xərclərinin uçot bazası yaradılaraq illər üzrə fiskal balans hesablanıb.
Prezident İlham Əliyevin 2025-ci il 30 dekabr tarixli Fərmanının icrası çərçivəsində cari ilin I yarısında 10 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinq olunaraq ölkə rəhbərliyinə hesabat təqdim edilib.
Şirkətlərin idarə olunmasında şəffaflığı artırmaq üçün dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndirilib və borcalma qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
10 Avqust 2026
10 Avqust 2026