Çin qlobal əmtəə idxalında liderliyini saxlayır

16:57 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Çin dünya üzrə aparıcı mal ixracatçısı mövqeyini qoruyub saxlayır. Statistika göstərir ki, dünya xəritəsindəki əksər ölkələr üçün Çin əsas mal idxalı mənbəyidir.

Qlobal idxal mənbələrinin ilk üçlüyünə indeks göstəricisi 100 olan Çin başçılıq edir.

Ondan növbəti pillələrdə qərarlaşan ABŞ (33) və Almaniya (20) gəlir. Beləliklə, Çin mal ixracı həcminə görə ABŞ-ı 3 dəfədən, Almaniyanı isə 5 dəfədən çox üstələyir.

Qeyd olunan göstəricilər yalnız malların idxalını əhatə edir və xidmətlər sektorunu nəzərə almır. Çinin dünyanın qalan hissəsi ilə ümumi ticarət profisiti 1 trilyon dolları ötür.