ABŞ Temyiz Məhkəməsi Ağ Evdə 400 milyon dollarlıq bal zalının tikintisini dayandırıb

21:30 - 7.08.2026


7 avqust, Fineko/abc.az. Kolumbiya Dairəsi üzrə Federal Temyiz Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin Şərq Qanadının yerində 400 milyon dollar dəyərində bal zalının tikintisi ilə bağlı planlarını dayandırıb. Bu qərar ABŞ administrasiyası üçün ciddi hüquqi məğlubiyyət olub.

Məhkəmə səslərin çoxluğu ilə (2 lehinə, 1 aleyhinə) Milli Tarixi Qoruma Fondunun əldə etdiyi məhkəmə qadağasını təsdiqləyib. Fond ötən il administrasiyanın Şərq Qanadını sökərək Konqresin razılığı olmadan 8,36 min kvadratmetrlik (90 min kvadratfut) obyektin tikintisinə başlamasından sonra iddia qaldırmışdı. Məhkəmənin qərarında vurğulanır ki, bu dərəcədə miqyaslı dəyişikliklər icra hakimiyyətinin deyil,

Konqresin səlahiyyətinə daxildir. Məhkəmə administrasiyaya ABŞ Ali Məhkəməsinə apellyasiya müraciəti etmək imkanı vermək üçün hökmün qüvvəyə minməsini 14 gün müddətinə təxirə salıb.