17:23 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi tərəfindən 16 sentyabr 2026-cı il tarixində faydalı qazıntı yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək.
Hərracda İsmayıllı rayonunda yerləşən 13,0 hektar sahəyə malik “Girdimançay-I” qum-çınqıl yatağı investorlara təklif olunacaq. İddiaçılar iştirak üçün sənədlərini 9 sentyabr saat 18:00-dək “Bakı KOB evi”nə təqdim edə bilərlər.
Hərracda xidmət haqqını və behi ödəyən yerli və xarici fiziki, habelə hüquqi şəxslər iştirak edə bilərlər. Yekun hərrac Əmlak Xidmətləri Məkanında baş tutacaq.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026