Banklarımız 9 ayda "Bloomberg"də 51,9 milyard manat məbləğində əqd bağlayıb

11:04 - 13.11.2025


13 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nın növbəti buraxılışı dərc edilib.

ABC.AZ xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 51,9 milyard manat məbləğində 2 864 ədəd əqd bağlayıb.

Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,7 % az və 16,1 % çoxdur.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95%-i 1-3 günlük olub.