Mərkəzi Bank Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

16:27 - 12.11.2025


12 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək.

Hazırda "Money Shop"dan başqa daha 6 şirkət - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "MMK-014" MMC-lər müvafiq lisenziyaya malikdirlər.

Xatırladaq ki, "Money Shop" ilk lisenziyanı 2024-cü ildə alıb.