On ayda dövlət büdcəsinə vergi daxilolmaları 1,6 faiz artıb

15:55 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olub, proqnoza 105,5 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411,8 milyon manat olub, proqnoz 103 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon manat və ya 9 faiz artıb. Ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi isə neft-qaz sektorunun payına düşüb.