12:31 - 4.11.2025
4 noyabr, Fineko/abc.az. "İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 25 %-nə nəzarət edən Xuraman Qubadova payını satıb.
ABC.AZ xəbər verir ki, onun payını kənar investor - Eldar Hüseynov alıb.
O, həm də təsis paylarının 75 %-nə nəzarət edən Qubad Qubadovun (direktor) payının 25 %-ni əldə edib. Beləliklə, onların hər biri BOKT-da 50 % paya malik olub.
Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026