Azərbaycan auditorları 1 ayda 454 audit müqaviləsi bağlayıb

11:37 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycan auditorları (111 auditor təşkilatı) ümumilikdə 454 audit müqaviləsi bağlayıb.

ABC.AZ Auditorlar Palatasına istinadən xəbər verir ki, bunun 10-u icra olunub, 260-ı üzrə rəy verilib, 183-ü isə icradadır, 1 müqavilə isə ləğv olunub.

Bildirilib ki, ümumi dəyəri 3,2 milyon manatdan çox olan müqavilələrin 371-i maliyyə-təsərrüfat əməliyyatlarının auditi (MHA) üzrə qeydə alınıb.

Təhlilə əsasən, bağlanılmış 371 müqavilədən 219-u məcburi, 152-si isə könüllü audit subyekti ilə bağlı olub. Bu da müvafiq olaraq 59 % və 41 % təşkil edir.

Palatanın araşdırması zamanı 8 auditor təşkilatı və 2 sərbəst auditorun bağladığı 10 müqavilənin məbləğinin "auditor xidmətlərinin minimum hədləri"ndən yüksək olduğu müəyyənləşdirilib.

Bu auditor təşkilatları sırasında "BDO Azərbaycan", "İnter Audit", "Private Audit" və digər şirkətlər yer alıb.

Eyni zamanda, 3 auditor təşkilatının – "AZ EKSPERT AUDIT", "Bizcon Audit" və "FİNANS AUDİT-M" MMC-lərin – müqavilə dəyərlərinin müəyyən hallarda minimum həddən aşağı olduğu aşkar edilib. Məsələn, müqavilələrin dəyəri minimum hədlərin yalnız 68–73 %-i qədər olub. Şirkətlərin rəhbərləri izahatlarında qiymətlərin növbəti illərdə artırılacağını və xidmətlərin həcminə uyğunlaşdırılacağını bildiriblər.