14:25 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Bank BTB" ASC-nin bağlanma ehtimalı ilə bağlı sualı cavablandırıb.
ABC.AZ xəbər verir ki, sədr qeyd edib ki, hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab verməməsi ilə bağlı hər hansı hal yoxdur.
"Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir. "Bank BTB"nin aktivlər üzrə bazar payı 1 %-dən azdır, Bankın cəlb etdiyi vəsaitlərin 96,3 %-i sığortalıdır. Hazırda hər hansı problem görmürük. Nəzarət tədbirlərimiz nəticəsində onun maliyyə dayanıqlılığı xeyli güclüdür", - deyə T.Kazımov əlavə edib. Müəllif: Elmir Muradov
12 Avqust 2026