14:07 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank öz mandatına uyğun kapital bazarları ilə bağlı işlər görür.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
T.Kazımov qeyd edib ki, ilk yarımillikdə beynəlxalq konsultantla qiymətli kağızlara dair bütün hüquqi, normativ qanun çərçivəsi beynəlxalq təcrübə ilə müqayisə etdikdə bütün fərqləri tapdıq. "Qanunvericiliyimiz bu istiqamətdə 300-dək təkmilləşdirmə işlərinə ehtiyac var. Sentyabr ayından başlayaraq kapital bazarlarına aid bütün qanunlara ən pis halda gələn ilin may ayında kapital bazarlarında mümkün dəyişikliklərlə bağlı artıq aidiyyəti qurumlarla son versiyanı paylaşmağı və gələn ilin sonunadək təsdiqlənməsini planlaşdırırıq", - deyə baş bankir vurğulayıb.
14 Avqust 2026