İqtisadiyyatımız bu il 2,2 % səviyyəsində artacaq - Mərkəzi Bankdan proqnoz

11:26 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il iqtisadiyyatın 2,2 % səviyyəsində artacağını proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Sədr, həmçinin qeyri-neft-qaz iqtisadiyyatının 3,7 % böyüyəcəyini gözlədiklərini söyləyib.

Müəllif: Elmir Muradov