11:25 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Oktyabr ayının proqnozlarına görə illik inflyasiya 2025-ci ildə 0,3 faiz bəndi artaraq 6% təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2026-cı ildə faiz bəndinin 0,4 faiz artaraq 5.7% olacağı gözlənilir. "İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır. Buna əsas təsir göstərən amillər kənd təsərrüfatı istehsalaçı qiymətlərinin artımasıdır", - deyə sədr vurğulayıb.
Müəllif: Elmir Muradov
14 Avqust 2026
14 Avqust 2026