Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

10:10 - 26.09.2025


26 sentyabr, Fineko/abc.az. 2025-ci ilin ilk 6 ayında Azərbaycan və Gürcüstan arasında pul köçürmələrinin həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycana daxil olan vəsaitlər 17.4 milyon dollardan 18.1 milyon dollara yüksəlib. Bu da illik müqayisədə 4 faiz artımdır.

Azərbaycandan Gürcüstana göndərilən pul baratları isə 25.1 milyon dollardan 13.8 milyon dollara enib. Bu, 45 faiz azalma deməkdir.

Beləliklə, son illərin statistikasında ilk dəfə olaraq Gürcüstandan Azərbaycana edilən pul köçürmələri Azərbaycandan Gürcüstana edilən köçürmələri üstələyir.