Botas, Mercuria ilə LNG idxalına dair ən iri 20 illik müqavilə imzalayıb

16:03 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Türkiyə Dövlət Qaz Şirkəti Botas İsveçrə treyderi Mercuria Energy Group Ltd ilə son 20 ilin ən iri mayeləşdirilmiş təbii qaz (LNG) idxal müqaviləsini imzalayıb.

ABC.AZ xəbər verir ki, TC Enerji naziri Alparslan Bayraktar bildirib ki, Botas 2026-cı ildən etibarən daxili bazar üçün, eləcə də Avropa və Şimali Afrikaya ixrac üçün hər il təxminən 4 milyard kubmetr Amerika LNG alacaq.

Bu həcm Türkiyənin qaza olan illik tələbatının təxminən 8%-ni təşkil edir, lakin Botas resursunun bir hissəsi digər ölkələrə, xüsusən də bu yaxınlarda müvəqqəti LNG terminalı haqqında Saziş imzalanan Misirə göndərməyi planlaşdırır.

Bundan əlavə, Botas, 2030-cu ildən sonra növbəti doqquz il ərzində ABŞ-dan (Louisiana LNG layihəsi) daha 5,8 milyard kubmetr LNG idxala dair Avstraliyanın Woodside Energy Group ilə ilkin müqavilə imzalayıb.