Sosial müdafiə və sosial təminat xərcləri artırılır

11:39 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat olması nəzərdə tutulur.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Qeyd edəki ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,55% çoxdur.