Gümüş 14 ildə maksimuma çatıb, qızıl da bahalaşır

14:44 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Gümüş 14 illik maksimuma çatıb. Bu dəqiqələrdə sentyabr fyuçersləri bir unsiya üçün 42,78 dollar (+1,53%) səviyyəsində satılır.

ABC.AZ xəbər verir ki, bu il metalın qiyməti 44% - dən çox artıb və son 1seansın 9-da artmaqdadır.

12 sentyabr cümə günü qızıl fyuçersləri də artır. Düzdür, əvvəlki sessiyanın rekord bağlanışından sonra bir az geri çəkilib.

Sentyabr ayında tədarük edilən qızıl fyuçersləri indi bir unsiya üçün 0,42 % artaraq 3,689 dollara yüksəlir.

Qızıl ümumilikdə ilin əvvəlindən bəri 38%-dən çox, keçən ilə nisbətən 42%-dən çox dəyər qazanır. Bu ay isə külçə qiymətləri təxminən 5% artıb.