16:27 - 4.09.2025
4 sentyabr, Fineko/abc.az. 2025-ci ilin iyul ayına dair biznes inamı göstəricilərinə əsasən, sənaye və xidmət sahələrində nisbətən müsbət dinamika müşahidə olunsa da, pərakəndə ticarət və tikinti sektorunda “durğunluq” davam edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sənaye üzrə inam indeksi iyulda 10,5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə (11,4 bənd) cüzi azalmanı göstərir. Bununla belə, sənaye sektoru il ərzində əsasən müsbət zonada qalmaqla artım meyli nümayiş etdirib.
Məhsul istehsalı və istehsal gözləntiləri əsas drayverləri kimi hər ikisi müsbət qalıb. İxrac və sifarişlər mənfi qalmaqda davam edir, bu da sektorda sabit inkişafın hələ tam bərpa olmadığını göstərir. Tikinti sahəsində vəziyyət daha dəyişkən olub.
İyulda tikinti inam indeksi mənfi 0,01 bənd səviyyəsində qeydə alınıb. Bu göstərici iyun ayındakı 1,8 bəndlik nisbətən müsbət nəticədən geri qalsa da, əvvəlki aylardakı dərin mənfi zonadan fərqli olaraq sektorda sabitləşmə tendensiyasına işarə edir.
14 Avqust 2026
14 Avqust 2026