Azərbaycan və Çin Mərkəzi bankları Memorondum imzalayıb

14:38 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Azərbaycan və Çin Mərkəzi bankları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, memorandum pul-kredit siyasəti, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlib.