"Xalq" Bank Bakı Fond Birjasına üzv oldu

15:19 - 26.08.2025


26 avqust, Fineko/abc.az. ASC "Xalq" Bankının müraciətinə əsasən Bakı Fond Birjası (BFB) 25 avqust 2025-ci il tarixindən üzvlüyünə qəbul etmişdir. Bununla da  Bakı Fond Birjasına üzv olan şirkətlərinin sayı on üçə yüksəlmişdir.

Bu barədə ABC.AZ BFB-yə istinadla xəbər verir. 

ASC "Xalq" Bankı ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankı oldu. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bankı oldu.

Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya ASC "Xalq" Bankına geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq.