10:50 - 26.08.2025
26 avqust, Fineko/abc.az. Braziliyanın “Petrobras” şirkəti xammal hasilatını artırmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə neft-qaz şirkətinin baş direktoru Maqda Şambriar məlumat verib.
Onun sözlərinə görə, bu, neft qiymətlərinin xeyli azalması ilə belə, əhəmiyyətli pul axını təmin edir.
Maqda Şambriarın proqnozlarına görə, gələn il neft qiymətləri təxminən cari səviyyədə qalacaq və ya bir qədər aşağı düşəcək. O, həmçinin 2027-ci ildə qiymət artımını nəzərdə tutan proqnozlara şübhə ilə yanaşaraq, onları yanlış adlandırıb.
Bununla birlikdə, “Petrobras”ın hətta az gəlirli layihələri də neftin qiyməti barel başına 45 dollardan yuxarı olduqda mənfəətlidir, buna görə də hasilatı məhdudlaşdırmağın mənası yoxdur.
Baş direktor bildirib ki, iki yeni üzən qurğunun gətirilməsinin gözlənilir. Bu qurğular Braziliyanın ən iri Buzios yatağında hasilatı sutkada 1 milyon bareldən çox artırmağa imkan verəcək.
12 Avqust 2026