15:32 - 30.07.2025
30 iyul, Fineko/abc.az. “Greentek Group” MMC və ya “Greentek Pay” barəsində icrası məcburi göstəriş verilib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Belə ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “Greentek Group” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilib.
Bildirilir ki, bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026