Azərbaycanda bank işçilərinin sayı 26 min nəfəri keçdi

10:17 - 25.07.2025


25 iyul, Fineko/abc.az. 30 İyun 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,355 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 106 nəfər artaraq 26,071 nəfər təşkil edib.

Onu da qeyd edək ki, may ayının sonuna bank işçilərinin sayı 25 965 nəfər olub.