10:34 - 23.07.2025
23 iyul, Fineko/abc.az. Amerikanın XLight startapı çip çatışmazlığını aradan qaldırmağa kömək edəcək yeni sinif lazer prototipinin yaradılması üçün 40 milyon dollar sərmayə cəlb edib.
ABC.AZ xəbər verir ki, bu barədə Reuters yazır.
XLight lazer EUV litoqrafiyasında istifadə ediləcək və hissəcik sürətləndirici texnologiyalarına əsaslanır. ABŞ-ı yarımkeçirici sənayedə lider mövqeyinə qaytara biləcək mikroçiplərin dəyərini əhəmiyyətli dərəcədə azaltmağa və performansını artırmağa qadirdir.
Şirkət dünyanın yeganə EUV sistemi istehsalçısı olan Avropanın ASML şirkəti ilə əməkdaşlıq edir. XLight-ın məqsədi yarımkeçirici fabriklərin səmərəliliyini artıraraq çipləri daha ucuz və güclü etməkdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026