Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 6 ayda 18% azalıb

16:40 - 22.07.2025


22 iyul, Fineko/abc.az. 2025-ci ilin 6 ayında Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213.2 milyon manat, xərcləri 203.2 milyon manat olmuşdur.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 6 ayda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47.7 milyon manat və ya 18.3 faiz azalıb.

Xərcləri isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11.7 milyon manat və ya 6.1 faiz çoxalıb.