Pozuntulara görə Mərkəzi Bank “Kabox” MMC-nin lisenziyasını ləğv etdi

10:11 - 18.07.2025


18 iyul, Fineko/abc.az. Mərkəzi Bank tərəfindən “Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-dən bildirilir.

Fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən “Kabox” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli, ÖT-008 nömrəli lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.