16:39 - 14.07.2025
14 iyul, Fineko/abc.az. 2025-ci ilin ilk yarısında “Premium Bank” ASC-nin fiziki şəxslərdən cəlb etdiyi depozitlərin həcmi 6.7 faiz artaraq 311.55 mln. manat olsa da, hüquqi şəxslər üzrə portfeli 33.9 faiz azalma ilə 56.61 mln. manata düşüb.
ABC.AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi öhdəliklərin həcmi isə 454.33 mln. manat təşkil edib.
“Premium Bank”ın ipoteka kreditləri azalıb. Qeyd edək ki, 1 iyul 2025-ci il tarixinə bankın balansında 10.52 mln. manat bölüşdürülməmiş mənfəət var.
13 Avqust 2026
13 Avqust 2026